Kriminal

Bakıda təmizlik idarəsinin maşını qadını vurub öldürdü

07 Mar 2026, 13:58 1 baxış
Bakıda təmizlik idarəsinin maşını qadını vurub öldürdü
Bakıda Kommunal Təmizlik Birliyinə məxsus yük maşını piyadanı vurub. Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib. Bakı şəhər sakini 67 yaşlı Təhməz Firudin oğlu Səfərov idarə etdiyi BKTB-yə məxsus QAZ-53 markalı avtomobillə yolu keçən 27 yaşlı Ayşən Mehman qızı Osmanovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər