Kriminal

Tanınmış hakim qəfil vəfat etdi

06 Mar 2026, 23:59 1 baxış
Tanınmış hakim qəfil vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Vera Gennadiyevna Kuimova vəfat edib.


Axar.az E-hüquq.az-a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü hakim qəfil ürək çatışmalığı nəticəsində yaşadığı mənzildə dünyasını dəyişib.


Qeyd edək ki, Vera Gennadiyevna Kuimova 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.


1979-1982-ci illərdə Naxçıvan Muxtar Respublikası "Sovetskaya Naxçıvan" qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1987-1988-ci illərdə vəkil stajor, 1988-2000-ci illərdə vəkil işləyib.


O, 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.


07 mart 2008-ci il tarixdə Naxçıvan MR Ali Məclisi Sədrinin Fərmanı ilə "Əməkdar hüquqşünas" fəxri adı, Azərbaycan Respublikası Prezidentinin 01 mart 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər