Kriminal

Bakı-Şamaxı yolunda "KamAZ" sərnişin avtobusuna ÇIRPILDI: Xəsarət alanlar var - VİDEO

06 Mar 2026, 10:58 1 baxış
Bakı-Şamaxı yolunda "KamAZ" sərnişin avtobusuna ÇIRPILDI: Xəsarət alanlar var - VİDEO
Bakı-Şamaxı yolunda sərnişin avtobusunun qəzaya uğramasına səbəb yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması olub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq 114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən "Xaliq Faiqoğlu" şirkətindən məlumat verilib. Qeyd olunub ki, sürücü B.Yusibovun idarə etdiyi "Daewoo" markalı avtobus dayanacaqda olarkən yük maşını idarəetmədən çıxaraq avtobusa çırpılıb. "Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır", - deyə məlumatda bildirilir. Bakı-Şamaxı yolunda sərnişin avtobusu qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, "KamAZ" markalı yük avtomobili 114 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Hadisənin bu gün səhər saatlarında baş verdiyi qeyd olunur. Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur. Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər