Digər
Tramp bu şərtlə İrana sanksiyaları yumşalda bilər
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı konkret irəliləyiş əldə olunacağı təqdirdə, Tehrana qarşı sanksiyaları yumşaltmağa hazırdır.
Axar.az xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadla məlumat yayıb.
ABŞ rəsmisinin sözlərinə görə, Tramp, həmçinin İranın dondurulmuş aktivlərinin sərbəst buraxılmasına hazırdır. O, bununla bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşması barədə informasiya yayılmışdı.
Mənbə
axar.az