Siyasət
Azərbaycan Alban-Udi İcmasının nümayəndələri Xudavəng Monastırında - VİDEO
Alban Udi icması tərəfindən Kəlbəcər rayonundakı Xudavəng monastırında növbəti dini ayın təşkil olunub. Oxu.Az Baku TV-yə istinadla bildirir ki, icma üzvləri monastır kompleksinə daxil olan ibadətgahlarda dualar oxuyub, ayinlər icra ediblər.
Qeyd edək ki, Xudavəng monastırı Qafqaz Albaniyasının həm ən böyük, həm də ən qədim monastır kompleksidir. "Çox xoşbəxtdik ki, bir daha Xudavəng Monastır kompleksini ziyarət elədik. 2020-ci ildən biz demək, hər il haradasa, iki-üç dəfə bu kompleksi ziyarət eləmişik. Tək bu kompleksi yox, ümumiyyətlə, azad olunmuş torpaqlarda olan bütün monastırı, kilsələri, həmçinin də Ağdam rayonunda olan Cümə məscidini də ziyarət eləmişik. Burada şamlar yandırdıq, dualar oxuduq. Biz çox xoşbəxtik ki, bu gün bir alban kilsəsinin varisləri olaraq öz ana dilimizdə, udi dilində, yəni qədim Qafqaz alban dilində buranı ziyarət elədik. Bu bir dünyaya mesajdır ki, bu kilsələr Azərbaycan xalqına aiddir. Azərbaycan xalqının irsidir. Azərbaycan xalqının mədəniyyətidir", - Azərbaycan Alban-Udi Dini İcmasının sədr müavini Rafik Danakari deyib. O bildirib ki, Azərbaycanda yerləşən bu dini ocaqların bir sahibi var, o da Azərbaycan xalqıdır: "Kim sahib çıxmaq istəyir, onlar bilsinlər ki, Azərbaycan torpağında yerləşən bütün dini ocaqların öz sahibləri var. O da Azərbaycan xalqıdır".

Mənbə
oxu.az
Oxşar Xəbərlər