İdman

Fransa Belçikanı son dəqiqələrdə devirdi: Olisedən qələbə qolu - VİDEO

29 Sep 2026, 00:48 2 baxış
Fransa Belçikanı son dəqiqələrdə devirdi: Olisedən qələbə qolu - VİDEO
UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti qarşılaşmaları keçirilib. Oxu.Az xəbər verir ki, oyun günündə səkkiz matç baş tutub. Maraqla gözlənilən oyunlardan biri A Liqasının I qrupunda Belçika və Fransa milliləri arasında keçirilib. Matç qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1. Görüşdə yeganə qolu 88-ci dəqiqədə Maykl Olise vurub. Bu nəticə ilə Fransa qrupda keçirdiyi iki oyunda maksimum xal toplayıb - 6. Belçikanın hesabında isə 3 xal var.

Digər görüşlərdə aşığadakı nəticələr qeydə alınıb: A Liqası, I qrup Türkiyə - İtaliya - 1:4. B Liqası, II qrup Gürcüstan - Ukrayna - 0:0; Şimali İrlandiya - Macarıstan - 0:0. B Liqası, IV qrup Rumıniya - Bosniya və Herseqovina - 2:4; İsveç - Polşa - 3:1. C Liqası, II qrup Ermənistan - Monteneqro - 2:3; Latviya - Kipr - 0:0.
Mənbə oxu.az

Oxşar Xəbərlər