Kriminal

Avtoxuliqanlıq görüntülərini "TikTok"da yayan sürücü həbs edildi - VİDEO

05 Mar 2026, 10:58 1 baxış
Avtoxuliqanlıq görüntülərini "TikTok"da yayan sürücü həbs edildi - VİDEO
Bakıda avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan "Tofaş" markalı, 77-SG-661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, F.İsmayılov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb. Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər