Dünya
Kubada genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib
Kubanın mərkəzi hissəsində genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Unión Eléctrica" (UNE) dövlət şirkəti "X" sosial şəbəkəsində məlumat yayıb. "Kamaqueydən Pinar-del-Rioya qədər Milli Elektroenergetika Sisteminin sıradan çıxması baş verib", - deyə məlumatda bildirilib. Elektrik enerjisinin kəsilməsinin səbəbləri hələlik açıqlanmır.
Mənbə
oxu.az