Cəmiyyət

BDU-da tələbələrdən pul yığılması ilə bağlı iddia: "İmkanı olan var, olmayan var"

05 Oct 2026, 14:02 3 baxış
BDU-da tələbələrdən pul yığılması ilə bağlı iddia: "İmkanı olan var, olmayan var"
Bakı Dövlət Universitetində (BDU) tələbələrdən müxtəlif tədbirlər və özəl günlərlə bağlı pul yığılması narazılığa səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş şikayəti daxil olub. Şikayətçi iddia edib ki, BDU-nun Politologiya ixtisasında təhsil alan tələbələrdən müxtəlif məqsədlər üçün pul toplanılır. "Dərslər cəmi bir aydır başlayıb, amma artıq bezmişik. Hər dəfə ad günlərinə pul yığılır, indi də 5 Oktyabr - Müəllimlər Günü ilə bağlı pul toplanır. İmkanı olan var, olmayan var. Kiminsə etiraz etməyə cürəti çatmır. Xahiş edirəm, paylaşın ki, hamı bundan xəbərdar olsun. Universitetlərdə özəl günlərlə bağlı tələbələrdən pul yığılmasın. Mən özüm şəxsən əsaslarla təhsil alıram və maddi baxımdan çətinlik çəkirəm", - deyə şikayətçi bildirib. İddia ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər