Dünya
SEPAH Bəhreyndə "Amazon"un data mərkəzinə zərbə endirdiyini bildirib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) pilotsuz uçuş aparatları ilə Bəhreyndə ABŞ-nin "Amazon" şirkətinə məxsus data mərkəzinə zərbə endirdiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, məlumatı "Fars" agentliyi yayıb. Belə ki, Yaxın Şərqdə ABŞ-yə məxsus ən böyük məlumat emalı mərkəzlərindən biri hesab olunan "Amazon" data mərkəzi SEPAH dronlarının hücumuna məruz qalıb. Bildirilir ki, əməliyyat həmin data mərkəzlərinin ABŞ-nin İrana qarşı hərbi və kəşfiyyat fəaliyyətində oynadığı rolu müəyyən etmək məqsədilə həyata keçirilib.
Mənbə
oxu.az