Dünya
İran iki gəmiyə Hörmüz boğazından keçməyə icazə verdi
İrana dost olan ölkələrə məxsus iki gəmi bloklanmış Hörmüz boğazından keçmək üçün icazə alıb. Oxu.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, bu hal İranın İsrail-ABŞ hərbi əməliyyatlarına cavab olaraq başlatdığı "Həqiqi vəd-4" hərbi əməliyyatının üçüncü günündə baş verib. Agentliyin SEPAH-dakı adı açıqlanmayan mənbəsi dəqiqləşdirib ki, həmin vaxtdan etibarən İsrailə doğru istiqamət alan hər hansı bir ABŞ və ya Britaniya gəmisi Fars körfəzində İranın hədəfidir.
Mənbə
oxu.az