Dünya

KİV: Qətərin mayeləşdirilmiş təbii qaz istehsalını bərpa etməsi üçün ən azı bir ay lazım olacaq

04 Mar 2026, 23:30 2 baxış
KİV: Qətərin mayeləşdirilmiş təbii qaz istehsalını bərpa etməsi üçün ən azı bir ay lazım olacaq
Qətərin milli neft-qaz şirkətinin ("Qatar Energy") fəaliyyətini dayandırmasından sonra ölkənin mayeləşdirilmiş təbii qaz istehsalının əvvəlki səviyyəyə qayıtması üçün ən azı bir ay tələb olunacaq. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, "Qatar Energy" istehsalın dayandırılması səbəbindən müştərilərinə fors-major elan edildiyini bildirib. Mənbələrin sözlərinə görə, Ras-Laffan şəhərində yerləşən zavodun yenidən işə salınması üçün ən azı iki həftə, əvvəlki gücə çatması üçün isə daha iki həftə lazım olacaq. Qeyd edək ki, Qətər dünyada mayeləşdirilmiş təbii qazın ən böyük ixracatçılarından biridir. Paytaxt Doha şəhərindən təxminən 80 km şimalda yerləşən Ras-Laffan sənaye klasterində qazın mayeləşdirilməsi, saxlanması və ixracı üçün əsas infrastruktur cəmləşib. Kompleksdə ümumi gücü ildə təxminən 77 milyon ton olan 14 LNG istehsal xətti fəaliyyət göstərir.
Mənbə oxu.az

Oxşar Xəbərlər