Dünya

Ərdoğan İrandan atılan raketin Türkiyəyə düşməsinə münasibət bildirdi

04 Mar 2026, 22:24 2 baxış
Ərdoğan İrandan atılan raketin Türkiyəyə düşməsinə münasibət bildirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan atılan ballistik raketin zərərsizləşdirilikdən sonra qalıqlarının Hatay vilayətinə düşməsinə münasibət bildirib. Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığında təşkil edilən iftar tədbirində danışıb. "Bugünkü hadisədə olduğu kimi, NATO müttəfiqlərimizlə sıx məsləhətləşmələr çərçivəsində hər növ tədbiri görür, zəruri müdaxilələri edirik. Bənzər hadisənin bir daha baş verməməsi üçün xəbərdarlıqlarımızı ən aydın şəkildə çatdırırıq. Ölkəmizin və millətimizin təhlükəsizliyini təmin etmək üçün iradəmiz və qabiliyyətimiz ən yüksək səviyyədədir", - deyə Ərdoğan vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər