Dünya
KİV: Şri-Lanka yaxınlığında batmış İran gəmisindən 80 nəfərin cəsədi tapılıb - VİDEO
Hind okeanında ABŞ sualtı qayığının zərbəsi nəticəsində batmış İranın "IRIS Dena" hərbi gəmisində azı 80 nəfər həlak olub. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın xarici işlər nazirinin müavini yerli televiziya kanalına açıqlamasında bildirib.
Məlumata görə, gəmi Hindistan limanından İrana qayıdarkən Şri-Lankanın Qalle şəhəri sahillərindən təxminən 40 dəniz mili məsafədə batırılıb. Bildirilir ki, gəmidə ümumilikdə təxminən 180 nəfər olub. Şri-Lanka Hərbi Dəniz Qüvvələri 30-a yaxın şəxsi xilas edərək xəstəxanaya çatdırıb, azı 78 nəfərin isə yaralandığı qeyd olunur. ABŞ-nin hərb naziri daha əvvəl bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin İran gəmisini beynəlxalq sularda batırması İkinci dünya müharibəsindən bəri ilk belə hadisədir.

Mənbə
oxu.az