Dünya

Qətərdə fövqəladə vəziyyət elan edildi - Qaz hasilatı da dayandırıldı

04 Mar 2026, 17:48 2 baxış
Qətərdə fövqəladə vəziyyət elan edildi - Qaz hasilatı da dayandırıldı
Qətər hökuməti ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə İranın "IRIB News" agentliyi öz "Telegram" kanalında paylaşım edib. "Biz fövqəladə vəziyyət elan etdik və qaz hasilatını dayandırırıq" - deyə, hökumətin açıqlamasında bildirilib. Daha əvvəl Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari bildirmişdi ki, İranın ABŞ-ni hərbi əməliyyatlara son qoymağa və Tehranla danışıqlara qayıtmağa məcbur etmək ümidi ilə Körfəz ölkələrinə təzyiq göstərmək cəhdləri uğursuz olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər