Dünya

Yaxın Şərqin strateji şirkətlərindən fors-major XƏBƏRDARLIĞI

04 Mar 2026, 17:50 2 baxış
Yaxın Şərqin strateji şirkətlərindən fors-major XƏBƏRDARLIĞI
Qətərin milli neft-qaz şirkəti - "Qatar Energy" istehsalın dayandırılması səbəbindən müştərilərini fors-major hallar barədə məlumatlandırıb. Oxu.Az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında məlumat verilib. Bəhreynin "Aluminium Bahrain" şirkəti də müqavilələri çərçivəsində alüminium məhsullarını göndərə bilmədiyi üçün oxşar bir açıqlama yayıb. Qeyd edilib ki, buna Hörmüz boğazındakı gərgin vəziyyət səbəb olub. "Aluminium Bahrain" Yaxın Şərqin ən böyük alüminium istehsalçılarından biridir.
Mənbə oxu.az

Oxşar Xəbərlər