Kriminal
"Qardaşının bir ayağını neyləyirəm?" - Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
Nəsimi rayon sakinini yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə məhkəmənin baxış iclası baş tutub. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses təqsirləndirilənlərin sərbəst ifadələri ilə işini davam etdirib. Fazil Feyzullayev ifadəsi zamanı bildirib ki, birlikdə kirayədə qaldığı İsgəndər Əliyevə yatdığı yerdə yox, mübahisə zamanı xəsarət yetirib.
"Əvvəllər İsgəndərlə birlikdə qaldığımız otağı təmizləməyə görə mübahisələrimiz düşmüşdü. Həmin ərəfədə isə ev yiyəsi kirayə pulunu istəyirdi, o pulunu verməmişdi. Buna görə mübahisəmiz düşdü, söyüş söydü mənə. Ondan sonra evdə köhnə çarpayının ayaq hissəsi var idi, onunla vurdum bir neçə dəfə başından. Huşunu itirib yıxıldı yerə". Təqsirləndirilən İsgəndər Əliyevi qətlə yetirəndən sonra ona məxsus hər hansı pulunu götürmədiyini deyib. O, meyiti doğramasının səbəbini isə belə izah edib: "Evdə heç kim yox idi, onu öldürəndən sonra meyiti gizlətmək üçün aparmaq istəsəm də, götürə bilmədim. Getdim bir neçə bazar çantası aldım. Əl-ayağını yığıb çantaya qoymaq istədim, edə bilmədim. Sonra onun ayaq hissələrini bədənindən ayırıb üç çantaya qoydum. Üstünə də yorğan yığdım ki, şübhələnən olmasın". Fazil Feyzullayev ifadəsində daha sonra qeyd edib ki, o, həmin çantaları kirayədə qaldığı evdən çıxaranda digər təqsirləndirilən Ülvi Abbasovu da köməyə çağıraraq, çantalardakı əşyaların, tikintidə istifadə etdiyi elektrik alətlərin olduğunu deyərək rayona aparmaq istədiyini və lazım olmadığını deyib. Təqsirləndirilən vurğulayıb ki, Ülvi Abbasovun onun törətdiyi cinayətdən xəbəri olmayıb. Bundan sonra o, həmin çantaları taksi ilə apararaq Ağsu aşırımından dərəyə atıb. Mərhumun qardaşı təqsirləndirilənin dediklərinə etirazını bildirib. O deyib ki, Ağsuda qardaşının cəsədinin hissələrini aşkar olunarkən onun bir ayağı həmin ərazidə tapılmayıb: "Həmin əraziyə hər hansı bir heyvanın da düşməsi qeyri-mümkündür. Orda 3 yox, 4 çanta olub. Bədəninin bütün hissələri orda olsa da, bir ayağı tapılmadı". Hüquqi varis təqsirləndiriləndən qardaşının ayağının harada olduğunu soruşsa da, o, cavabında "mən qardaşının ayağını neyləyirəm, hamısını ora atmışam" deyib. Növbəti proses aprelin 8-nə təyin edilib. Araşdırmalarla avqustun 4-də gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən onun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetiriblər. Onlar bundan sonra otaq axtarış apararaq İsgəndər Əliyevə məxsus 300 ABŞ dollarını ələ keçirərək mənimsəyiblər. Fazil Feyzullayev cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur. Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Elgün Həsənli

Mənbə
oxu.az