Dünya

İranda nüvə obyektinin ətrafında dağıntı: TƏHLÜKƏLİ DURUM – RƏSMİ AÇIQLAMA

04 Mar 2026, 16:56 2 baxış
İranda nüvə obyektinin ətrafında dağıntı: TƏHLÜKƏLİ DURUM – RƏSMİ AÇIQLAMA
İranın İsfahan şəhərindəki nüvə obyektinin yaxınlığında iki bina zədələnib. Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) sosial şəbəkə hesabında açıqlama yayıb. Agentlik İranda radioaktiv sızma riskinin olmadığını da bildirilib. "İsfahandakı nüvə obyektinin yaxınlığında iki binanın zədələnməsi görünür", - deyə məlumatda qeyd edilib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər