Kriminal
Ağdaşda su arxına yıxılan kişi öldü
Ağdaşda su arxına yıxılan şəxs ölüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Aşağı Ləki kənd sakini 1986-cı il təvəllüdlü Ömər Hicran oğlu Saadov su arxına yıxılıb. Hadisə nəticəsində o boğularaq vəfat edib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ömər Saadovun epilepsiya xəstəsi olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır. Aygün Mirakif
Mənbə
oxu.az