Kriminal
Gəncədə ağır qəza - Ölən var
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Nəriman Nəcəf oğlu Hacıyev idarə etdiyi 20-FB-148 dövlət nömrə nişanlı VAZ-21150 markalı avtomobillə şəhərin Natavan-2 qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirib, maşın sağ arxa təkəri hissəsindən dəmir yolu xəttinə çırpılıb və ağır qəza qaçılmaz olub. Hadisə nəticəsində sürücü N.Hacıyev aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Məhərrəm Əliyev
Mənbə
oxu.az