Kriminal

Sabunçuda 46 yaşlı kişi qətlə yetirildi, şübhəli şəxs saxlanıldı

03 Mar 2026, 23:48 1 baxış
Sabunçuda 46 yaşlı kişi qətlə yetirildi, şübhəli şəxs saxlanıldı
Martın 3-də, axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. Oxu.az-ın əldə etdiyi məlumata görə, Ramana qəsəbəsində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkarlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Hüseyn Həsənov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər