Kriminal
Avtomobil skuterlə hərəkət edən yeniyetmələri vurdu, XƏSARƏT ALANLAR var
Mingəçevir şəhərində iki yeniyetmənin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 16:00-da qeydə alınıb. Belə ki, şəhərin Nəriman Nərimanov və Əliağa Vahid küçələrinin kəsişməsində 23 yaşlı Elçin İsgəndər oğlu Əsədovun idarə etdiyi "Mercedes" markalı 99-LS-249 dövlət nömrə nişanlı avtomobil skuter sürən iki yeniyetməni vurub. Hadisə nəticəsində 2009-cu il təvəllüdlü Cavidan Cavid oğlu Kərimov və 2010-cu il təvəllüdlü Ayaz Ceyhun oğlu Süleymanov xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır. Əzizə İsmayılova
Mənbə
oxu.az