Kriminal

Bakıda vətəndaşı bıçaqlayan şəxsə HÖKM OXUNDU

03 Mar 2026, 13:36 1 baxış
Bakıda vətəndaşı bıçaqlayan şəxsə HÖKM OXUNDU
Bakıda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Taleh Mehdizadəyə hökm oxunub. Oxu.Az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Taleh Mehdizadə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər