Digər

El Mençonun nəşi qəbiristanlığa qızıl tabutda gətirildi - Foto

03 Mar 2026, 10:19 2 baxış
El Mençonun nəşi qəbiristanlığa qızıl tabutda gətirildi - Foto

Meksikada öldürülən "Yeni nəsil Xalisko" narkokartelinin lideri, "El Menço" ləqəbli Nemesio Ruben Osequera Servantesin cəsədi dəfn üçün qəbiristanlığa qızıl tabutda gətirilib.


Axar.az xəbər verir ki, bu barədə "El Universal" nəşri məlumat yayıb.


Bildirilib ki, dəfn mərasimi martın 2-də Xalisko ştatının paytaxtı Qvadalaxarada keçirilib. Onun cənazə kortejini orkestr müşayiət edib. Dəfn mərasimi maksimum qapalı keçirilib.


Nəşr vurğulayıb ki, cənazənin daşınması və dəfn mərasimi genişmiqyaslı təhlükəsizlik əməliyyatı ilə müşayiət olunub. Federal və regional təhlükəsizlik qüvvələri avtomobil karvanının marşrutunu və Resinto de la Paz qəbiristanlığının ərazisini nəzarətə alıb.


Bundan əlavə, məzarlığın yaxınlığında hərbi qulluqçular və zirehli texnika yerləşdirilib.


Qeyd edək ki, El Menço fevralın 22-də hərbi əməliyyatlar nəticəsində məhv edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər