Kriminal
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Dörd nəfər HƏLAK OLDU
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan VAZ-2106 markalı avtomobillə KIA markalı minik avtomobili toqquşub. Qəza nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə
oxu.az