Digər
Somalidə silahlı şəxslər gəmini ələ keçirdi
Somalinin sahilləri yaxınlığında silahlı şəxslər gəmini ələ keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, gəminin təhlükəsizlik rəsmisi silahlı şəxslərin gəmiyə daxil olması və gəmini ələ keçirmələri barədə məlumat verib.
Agentlik gəmilərə marşrutdan keçərkən ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Ələ keçirilən gəmi ilə bağlı ətraflı məlumat verilməyib.
Mənbə
axar.az