Digər
ABŞ-ın Ər-Riyaddakı səfirliyi vuruldu: güclü yanğın oldu - Video
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı ABŞ səfirliyinə 2 dron hücumu qeydə alınıb və ərazidə yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yanğın kiçik olub və səfirlik binasına çox ziyan dəyməyib.
Bildirilib ki, İranın PUA hücumu zamanı səfirliyin binası boş olub və hadisə zamanı heç kim xəsarət almayıb.
Mənbə
axar.az