Digər
İsrail şimaldan əhalini köçürdür? - General açıqladı
Livanda yeni hərbi kampaniya başlamasına baxmayaraq, İsrailin şimalındakı kəndlər təxliyə olunmayacaq.
Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir şimal sərhədindəki vəziyyəti qiymətləndirərkən bildirib.
"İsrail ordusu cəbhə xəttindəki kəndləri qoruyur və təhdidləri aradan qaldırmaq üçün zərbələr endirir. Yerli sakinlərin qorunması bizim ən yüksək prioritetimizdir. İsrail torpağında kəndlərin yeni təxliyəsi olmayacaq", - deyə o bildirib.
Mənbə
axar.az