Dünya

Dubayda dron qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb

01 Mar 2026, 12:36 2 baxış
Dubayda dron qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
BƏƏ-nin Dubay şəhərində vurulan pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində azı iki nəfər yaralanıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Dubay əmirliyi hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, dron qalıqları şəhərdə iki evin həyətinə düşüb, nəticədə iki nəfər yaralanıb. Yaralılara tibbi yardım göstərilib. Daha əvvəl yerli KİV Dubayda İran hücumunu dəf edən hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində partlayış səslərinin eşidildiyini bildirmişdi.
Dubayda dron qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
Mənbə oxu.az

Oxşar Xəbərlər