Dünya
ABŞ-nin Pakistandakı konsulluğu yaxınlığında toqquşmalar başlayıb, ölənlər var
ABŞ-nin Kəraçidəki konsulluğu yaxınlığında Vaşinqtonun İrana qarşı hərəkətlərinə etiraz edənlərlə Pakistanın hüquq-mühafizə orqanları arasında toqquşmalar başlayıb. Oxu.Az "Dawn" qəzetinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə ediblər. "Fars" xəbər agentliyinin məlumatına görə, konsulluq yaxınlığında baş verən atışma nəticəsində azı 10 nəfər həlak olub. Nəşr qeyd edir ki, etirazlar İranın ali lideri Əli Xameneinin həlak olması barədə məlumatın təsdiqlənməsindən sonra başlayıb.
Mənbə
oxu.az