Dünya
Tramp İranı "görünməmiş gücdə" hücumla hədələdi
ABŞ Prezidenti Donald Tramp Tehranı zərbələri intensivləşdirəcəyi təqdirdə "görünməmiş gücdə" hücumla hədələyib. Oxu.Az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb. "İran bu gün çox güclü, indiyə qədərkindən daha güclü bir zərbə endirəcəyini bəyan edib. Bunu etməmələri daha yaxşı olar, çünki əgər etsələr, biz onlara indiyə qədər görünməmiş gücdə zərbə endirəcəyik", - deyə o vurğulayıb.
Mənbə
oxu.az