Dünya

İrana kimlərin rəhbərlik edəcəyi məlum oldu

01 Mar 2026, 07:32 2 baxış
İrana kimlərin rəhbərlik edəcəyi məlum oldu
İran lideri Əli Xameneinin ölümündən sonra ölkə prezident, Konstitusiyanın Müdafiəsi Şurasının üzvlərindən biri, və Ali Məhkəmə sədrindən ibarət üçlü tərəfindən idarə olunacaq. Oxu.Az xəbər verir ki, məlumatı IRNA аgentliyi yayıb. Agentliyin məlumatına görə, onlar ali liderin ölümündən sonrakı keçid dövründə ölkəyə rəhbərlik edəcəklər. Agentlik bu dövrün nə qədər davam edəcəyini və adıçəkilən şəxslərə konkret hansı səlahiyyətlərin veriləcəyini dəqiqləşdirməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər