Dünya

"Bürc əl-Ərəb" hoteli İranın hücumu zamanı zədələnib - VİDEO

01 Mar 2026, 02:44 2 baxış
"Bürc əl-Ərəb" hoteli İranın hücumu zamanı zədələnib - VİDEO
Dubayda yerləşən beşulduzlu "Bürc əl-Ərəb" hoteli İranın hücumu nəticəsində zədələnib. Oxu.Az xəbər verir ki, bu barədə "Clash Report" platforması məlumat yayıb. "İranın pilotsuz uçuş aparatı beşulduzlu "Bürc əl-Ərəb" hotelinə zərbə endirib", - deyə "Telegram" kanalında bildirilib. İsrailin "Ynet" portalı da İranın hücumundan sonra Dubay Beynəlxalq Hava Limanının zədələndiyini yazıb. Şəhər hökumətinin mətbuat xidməti isə hadisə nəticəsində dörd nəfərin xəsarət aldığını açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər