Dünya
KİV: İranın İsraili atəşə tutması zamanı bir qadın həlak olub
Təl-Əviv bölgəsində İrandan buraxılan raketin düşməsi nəticəsində təxminən 40 yaşlı bir qadın həlak olub, daha 20-dən çox insan yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Kan" dövlət teleradio şirkəti məlumat yayıb. Polisin mətbuat xidmətindən bildiriblər ki, hüquq-mühafizə orqanları Təl-Əviv bölgəsində hadisənin fəsadlarının aradan qaldırılması üzrə işləri davam etdirir. "Mövcud məlumata görə, 22 zərərçəkən təxliyə edilib, dağıntılar altında qalan şəxslərin axtarışı davam edir", - deyə açıqlamada bildirilib.
Mənbə
oxu.az