Dünya

Dubay Beynəlxalq Hava Limanı hücuma məruz qalıb - VİDEO

01 Mar 2026, 01:42 2 baxış
Dubay Beynəlxalq Hava Limanı hücuma məruz qalıb - VİDEO
Dubay Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb. İlkin məlumatlara görə, İran ərazisindən buraxılan dronlar hava limanı ərazisinə zərbə endirib və nəticədə uçuşlar müvəqqəti dayandırılıb. Rəsmi qurumlar dağıntıların miqyası və xəsarət alanlar barədə hələlik açıqlama verməyib.
Şahidlərin sözlərinə görə, hava limanında zədələr var. Təcili təxliyə elan edilib. Bundan əvvəl BƏƏ hakimiyyəti mümkün raket hücumları ilə bağlı mobil telefonlara xəbərdarlıq mesajları göndərib və vətəndaşları təhlükəsiz yerlərə keçməyə çağırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər