Dünya

Tramp İrana hücumlardan DANIŞDI: "Yaxşı gedir"

01 Mar 2026, 00:00 2 baxış
Tramp İrana hücumlardan DANIŞDI: "Yaxşı gedir"
Donald Tramp bəyan edib ki, İrana qarşı aparılan əməliyyat çox yaxşı gedir. Oxu.Az xəbər verir ki, ABŞ prezidenti bu qiymətləndirməni "Washington Free Beacon" portalına müsahibəsində səsləndirib. D.Tramp əməliyyatın başlanğıcını müsbət dəyərləndirib və onun çox yaxşı getdiyini bildirib. Tramp həmçinin vurğulayıb ki, Tehran Vaşinqtonla razılaşma əldə etmək istəmirdi. O iddia edib ki, hazırkı hücumdan sonra İranın bərpası üçün bir neçə il vaxt lazım olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər