Dünya

Starmer: "Böyük Britaniyanın Hərbi Hava Qüvvələri Yaxın Şərqdə İran zərbələrinin qarşısını alır"

28 Feb 2026, 19:36 2 baxış
Starmer: "Böyük Britaniyanın Hərbi Hava Qüvvələri Yaxın Şərqdə İran zərbələrinin qarşısını alır"
"Böyük Britaniyanın Hərbi Hava Qüvvələri Yaxın Şərqdə İranın zərbələrinin qarşısının alınmasında iştirak edir". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın Baş naziri Kir Starmer bəyan edib. Onun sözlərinə görə, Britaniya qüvvələri Yaxın Şərqdəki obyektlərinə, eləcə də İsrailin hərbi infrastrukturuna və ABŞ-nin regiondakı bazalarına yönələn zərbələrin dəf olunmasında iştirak edir. K.Starmer bildirib ki, müttəfiqlərin müdafiəsi üzrə öhdəliklər çərçivəsində Böyük Britaniya regionda müdafiə imkanlarını gücləndirib və hazırda britaniyalı təyyarələr əlaqələndirilmiş regional müdafiə əməliyyatları çərçivəsində səmadadır. O vurğulayıb ki, bu addımlar Britaniya vətəndaşlarının, maraqlarının və müttəfiqlərinin qorunmasına xidmət edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər