Dünya

İrandakı qızlar məktəbinə raket düşdü: 40 ölü, 48 yaralı - VİDEO

28 Feb 2026, 16:00 2 baxış
İrandakı qızlar məktəbinə raket düşdü: 40 ölü, 48 yaralı - VİDEO
İrandakı qızlar məktəbinə raket zərbəsi nəticəsində 40 nəfər həlak olub, 48 nəfər yaralanıb. Oxu.Az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Hörmüzqan əyalətinin Minab şəhərinin qubernatoru məlumat yayıb.
Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər