Dünya
KİV: ABŞ İsrailin İrana hücumunda iştirak edir
"ABŞ və İsrailin İrana zərbələri bu ölkənin təhlükəsizlik sistemini sarsıtmağa yönəlib". Oxu.Az xəbər verir ki, bu barədə "Al Jazeera" ABŞ-dəki mənbələrinə istinadən məlumat yayıb. "The New York Times" isə mənbələrinə istinadən yazıb ki, indiki hücum ABŞ-nin İrana 2025-ci ilin iyunundakı zərbələrindən daha genişmiqyaslı olacaq. Nəşrdə qeyd olunur ki, İsrail və ABŞ-nin İrana zərbələri Donald Trampın nüvə proqramı üzrə danışıqlardan razı qalmamasından sonra baş verib. ABŞ İsrailin İrana hücumunda iştirak edir. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbə
oxu.az