Dünya

Tramp ABŞ hökumətinə "Anthropic" sistemlərindən imtina göstərişi verdi

28 Feb 2026, 10:11 2 baxış
Tramp ABŞ hökumətinə "Anthropic" sistemlərindən imtina göstərişi verdi
Prezident Donald Tramp ABŞ-nin federal qurumlarına "Anthropic" texnologiyalarından istifadənin dərhal dayandırılması barədə göstəriş verib. Oxu.Az xəbər verir ki, Ağ Ev lideri bu barədə "Truth Social" şəbəkəsində məlumat yayıb. Qərara əsasən, bu məhsullardan istifadə edən qurumlar, o cümlədən Hərb Nazirliyi üçün altıaylıq keçid dövrü nəzərdə tutulur və bu müddətdə sistemlər mərhələli şəkildə dayandırılmalıdır. "Axios" daha əvvəl Pentaqonun süni intellekt modellərinin hərbi məqsədlərlə istifadəsi ilə bağlı fikir ayrılıqları olduğunu qeyd edib. Qeyd edək ki, media ABŞ ordusunun Venesuelanın sabiq prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında "Anthropic"in hazırladığı "Claude" süni intellekt sistemindən istifadə etdiyini bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər