Dünya
Tehrana silsilə raket zərbələri: İran prezidentinin iqamətgahı hədəfə alındı - VİDEO
Tehranda yenidən partlayışlar eşidilib. İsrailin hava zərbələrinin ikinci dalğasının başladığı bildirilir. Oxu.Az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bildirilib ki, İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla, indiyə qədər Tehran ərazisində təxminən 30 hədəfə zərbələr endirilib.
İsrail ordusu İrana qarşı qabaqlayıcı tədbirlər məqsədilə əməliyyatlara başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat yayıb.
Məlumata görə, İsrail dövləti İranın təhdidlərini aradan qaldırmaq üçün Tehrana qabaqlayıcı zərbə endirib. Məlumatlara görə, Tehranda partlayış səsləri eşidilir. Baş verənlərin təfərrüatı və mümkün nəticələr barədə məlumatlar hələ dəqiqləşdirilir. İsraildə hava həyəcan siqnalı sirenlərinin işə düşdüyü bildirilir. İsraildə fövqəladə vəziyyət elan edilib.

Mənbə
oxu.az