Dünya

BMW 350 mindən çox avtomobili geri çağırır

28 Feb 2026, 03:36 2 baxış
BMW 350 mindən çox avtomobili geri çağırır
Almaniyanın BMW avtokonserni yanğın təhlükəsi ilə əlaqədar dünyada yüzminlərlə müxtəlif model avtomobili geri çağırır. Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinə istinadən məlumat yayıb. Məlumata görə, geri çağırılma 9 iyun 2022-ci ildən 5 dekabr 2025-ci ilədək istehsal olunmuş "i5", "i7", "M5" modellərini, həmçinin 5-ci və 7-ci seriyaya aid ümumilikdə 337 374 avtomobili əhatə edir. Almaniyanın özündə isə 29 441 avtomobil servislərə göstəriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər