Dünya
Əfqanıstanda güclü zəlzələ oldu: Yeraltı təkanlar qonşu ölkələrdə də hiss edildi
Əfqanıstanda 5.4 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar bu gün Bakı vaxtı ilə saat 15:12-də Tacikistanla sərhəd yaxınlığında baş verib. Seysmik hadisənin episentri Əfqanıstanın Bədəxşan bölgəsində, Tacikistanın İşkaşim yaşayış məntəqəsindən 26 kilometr şimal-qərbdə olub. Zəlzələnin ocağı 104 kilometr dərinlikdə yerləşib. Məlumata görə, yeraltı təkanlar Tacikistanla yanaşı Özbəkistanda da hiss olunub. İtkilər və dağıntılar barədə məlumat verilməyib.
Mənbə
oxu.az