Dünya

Tramp qətlə yetirilən ukraynalı qaçqın qızın anasına ədalət vəd etdi

25 Feb 2026, 14:14 2 baxış
Tramp qətlə yetirilən ukraynalı qaçqın qızın anasına ədalət vəd etdi
ABŞ Prezidenti Donald Tramp Konqresdə illik çıxışında Şimali Karolina ştatında qətlə yetirilən ukraynalı qaçqın İrina Zarutskayanın hekayəsini xatırladıb. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin "X" hesabında məlumat yayılıb. ABŞ prezidenti çıxışı zamanı zalda mərhumun anası Anna Zarutskayaya müraciət edib. "Hazırda zalda 2022-ci ildə müharibədən qaçaraq gələn Anna Zarutskaya da iştirak edir. O, gözəl qızı İrina ilə birlikdə yeni həyata başlamaq arzusunda idi. Lakin keçən yay 23 yaşlı İrina evə gedərkən bir cani tərəfindən qətlə yetirilib. O, müharibədən qaçdı və cinayətkar tərəfindən öldürüldü. Xanım Zarutskaya, bu gün gözəl qızınız İrina üçün ədalət vəd edirəm" - deyə, Tramp bildirib. Xatırladaq ki, 2025-ci ilin avqustunda Şimali Karolinanın Şarlotta şəhərində Zarutskaya qatarda gedərkən hücuma məruz qalıb. Polis əvvəllər dəfələrlə həbs olunmuş cani Dekarlos Braunu saxlayıb. Tramp isə onun edamını tələb etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər