Dünya
Tramp idmançılarla görüşdə Olimpiya medalını taxdı və geri qaytarmaqdan imtina etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kişilərdən ibarət milli hokkey komandası ilə görüş zamanı 2026-cı il Olimpiya oyunlarının qızıl medalını taxıb. Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir. Görüş zamanı ABŞ millisinin hücumçusu Metyu Tkaçak öz medalını dövlət başçısına verib. Medalı boynundan asan Tramp zarafatla bildirib ki, onu geri qaytarmaq niyyətində deyil.
ABŞ milli komandası İtaliyada keçirilən Olimpiya oyunlarında finalda Kanadanı 2-1 hesabla məğlub edərək qalib gəlib. ABŞ hokkey komandası 1980-ci il oyunlarından bəri ilk dəfə turnirin qalibi olub.
ABŞ milli komandası İtaliyada keçirilən Olimpiya oyunlarında finalda Kanadanı 2-1 hesabla məğlub edərək qalib gəlib. ABŞ hokkey komandası 1980-ci il oyunlarından bəri ilk dəfə turnirin qalibi olub.
Mənbə
oxu.az