Dünya

Braziliyada daşqınlarda ölənlərin sayı 30-a çatdı

25 Feb 2026, 12:06 2 baxış
Braziliyada daşqınlarda ölənlərin sayı 30-a çatdı
Braziliyanın Minas Gerais ştatında güclü yağışlardan sonra baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 30-a çatıb, 39 nəfər isə itkin düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "CNN Brasil" televiziya kanalı məlumat yayıb. Ən böyük ziyan Juiz de Fora və Uba şəhərlərinə dəyib. Təxminən 440 nəfər evsiz qalıb, uçmuş binaların dağıntıları altından 208 nəfər xilas edilib. Braziliyanın vitse-prezidenti Geraldo Alkmin bildirib ki, hökumət zərərçəkənləri axtarmaq və onlara kömək göstərmək üçün helikopterlər, hərbi texnika da daxil olmaqla silahlı qüvvələri səfərbər edib. "Metr Poles" portalının məlumatına görə, evsiz qalanlara ilkin olaraq 800 Braziliya realı (təxminən 155 dollar) məbləğində maliyyə yardımı göstəriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər