Dünya
Harri Kasparov barəsindəki cinayət işləri bir icraata birləşdirildi
Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparova xarici agentin öhdəliklərinin yerinə yetirilməməsinə dair iki epizod üzrə qiyabi ittiham irəli sürülüb. Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu, məhkəmə materiallarından irəli gəlir. Sənədlərə əsasən, söhbət Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin ikinci hissəsindən gedir. Bu maddədə iki ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Sözügedən maddə üzrə cinayət işi 205.2-ci maddənin ikinci hissəsi - terrorizmə açıq surətdə çağırış, bəraət qazandırma və ya təbliğ etmə üzrə işlər bir icraata birləşdirilib. Bu maddə üzrə maksimum cəza olaraq yeddi ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. 2025-ci ilin dekabrında Kasparov terrorizmə açıq çağırışlar ittihamı ilə qiyabi həbs olunub. Moskva şəhər məhkəməsi qərarı qanuni hesab edib və apellyasiya şikayətini rədd edib. Rusiya Ədliyyə Nazirliyi siyasətə qoşulan Kasparovu 2023-cü ilin mayında xarici agentlər reyestrinə daxil edib. 2024-cü ilin martında məşhur şahmatçının adı Rusiya Maliyyə Monitorinqi Xidmətinin terrorçu və ekstremistlər siyahısında əksini tapıb.
Mənbə
oxu.az