Dünya

Uitkoff Ukrayna üzrə son üçtərəfli danışıqları şərh etdi, Rusiyanı təriflədi

25 Feb 2026, 11:26 2 baxış
Uitkoff Ukrayna üzrə son üçtərəfli danışıqları şərh etdi, Rusiyanı təriflədi
ABŞ Prezidenti Donald Trampın sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyanın Ukrayna üzrə son üçtərəfli danışıqlarda əsl kommunikasiya nümayiş etdirdiyini bildirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın TSN telekanalı məlumat verib. Uitkoffun sözlərinə görə, nümayəndə heyətinin üzvləri ayrı-ayrı otaqlara gediblər, hərbi və iqtisadi məsələlər müzakirə olunub: "Ruslara gəldikdə isə biz müəyyən mülayimlik və düşünürəm ki, əsl kommunikasiya gördük". Qeyd edək ki, 17 və 18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçirilib. Rusiyanın nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib və o, görüşləri "ağır, lakin işgüzar" adlandırıb. Ukrayna lideri Volodimir Zelenskinin sözlərinə görə isə tərəflər atəşkəsə nəzarət mexanizmi üzrə demək olar ki, razılığa gəliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər