Dünya

Britaniyada nadir hadisə: Ölən donordan orqan köçürülən qadın ana oldu

25 Feb 2026, 05:02 2 baxış
Britaniyada nadir hadisə: Ölən donordan orqan köçürülən qadın ana oldu
Böyük Britaniyada ilk dəfə olaraq vəfat etmiş donordan uşaqlıq köçürülən qadın sağlam körpə dünyaya gətirib. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Məlumata görə, dünyaya gələn oğlan uşağının çəkisi təxminən üç kiloqram olub. Qeyd olunur ki, Avropada bundan əvvəl yalnız iki analoji doğuş hadisəsi qeydə alınıb. Körpənin anası nadir xəstəlikdən əziyyət çəkib və ona sonsuzluq diaqnozu qoyulub. Qadına 2024-cü ildə uğurlu transplantasiya əməliyyatı aparılıb. Əməliyyatdan bir neçə ay sonra o, müalicəyə başlayıb və nəticədə oğlu dünyaya gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər