Dünya
ABŞ qırıcıları İsrailə eniş ediblər
İsrailin cənubundakı hərbi hava bazalarından birində ABŞ-nin 12 ədəd "F-22" qırıcısı eniş edib. Oxu.Az bu barədə "Kan" dövlət teleradio şirkətinə istinadən xəbər verir. Məlumata əsasən, "F-22" qırıcıları ABŞ qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməsi çərçivəsində İsrailə köçürülüb. Daha əvvəl "The Washington Post" qəzeti peyk təsvirlərinə və uçuş məlumatlarının analizinə istinadən xəbər vermişdi ki, ABŞ fevralın 17-də Cenevrədə Vaşinqton və Tehran arasında danışıqlardan sonra Avropa və Yaxın Şərqdəki bazalarda 150-dən çox təyyarə yerləşdirməklə İran yaxınlığında hərbi mövcudluğunu artırıb.
Mənbə
oxu.az